Güləş yığmalarımız “80”i keçdi: Kimdir güclü? - TƏHLİL

Xəbərlər
8 Aprel 2024 15:08
784
Güləş yığmalarımız “80”i keçdi: Kimdir güclü? - TƏHLİL

Azərbaycan güləş millisi Olimpiya Oyunlarına ümumi lisenziya sayında “80” arxada qoyub.

İdman.biz xəbər verir ki, bu, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirində baş verib.

Azərbaycan güləşçiləri müstəqillik illərində qatıldığı əvvəlki 7 yarışda 74 medal üçün mübarizə aparıb. Paris-2024-ə qazanılan 6-cı lisenziya ümumilikdə 80-ci olimpiya “bilet”i olub. Bu yubiley vəsiqəyə Turan Bayramov (74 kq) sahib çıxıb. Ardınca iki vəsiqə qazanan sərbəst güləşçilərimiz bu rəqəmi 82-yə çatdırıb.

Bakıdakı turnirdə 5 vəsiqənin hamısı sərbəst güləşçilərin payına düşüb. Bununla da bu yığmamız Paris-2024 Yay Olimpiya Oyunlarına tam heyətlə yollanmaq imkanı qazanıb.

Fransa paytaxtına “bilet” əldə edən 8 güləşçimizdən digər ikisi “klassik”lərimizdir. Qadın millimiz isə hələ “siftə” etməyib.

Atlanta-1996-dan başlayan olimpiya yolumuza nəzər salsaq, sərbəst güləşçilər həmişə digər yığmalarımızı üstələyiblər.

Bu, ümumi sayda da əksini tapıb. “Sərbəst” millimiz tarixində 45 vəsiqə qazanıbsa, “yunan-Roma” yığması bunun təxminən yarıdan bir az çoxuna sevinib – 27 dəfə.

Nisbətən gənc növ olan qadın güləşində isə bu rətə daha aşağıdır – 10 vəsiqə. Amma lisenziya sayında geri olan iki yığma İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirində fərqi nisbətən azalda bilər.

Olimpiada

Sərbəst

Yunan-Roma

Qadın

Atlanta-1996

6

2

-

Sidney-2000

7

2

-

Afina-2004

4

3

-

Pekin-2008

7

6

3

London-2012

6

5

2

Rio-2016

6

5

3

Tokio-2020

3

2

2

Paris-2024

6

2

-

Cəmi

45

27

10

Güləş yığmalarımız 74 vəsiqədən 25-ni medalla başa vurub. Yəni cəhdlərin 34 faizi uğurlu alınıb. Təmsilçilərimiz 4 qızıl, 8 gümüş və 13 bürünc mükafatı var.

Medalların sayı və əyarında da sərbəst güləş yığmamız digər iki komandanı üstələyir. Bu, həm qızıl, həm gümüş, həm bürünc, həm də ümumi sayda əksini tapıb.

Əyarı

Sərbəst

Yunan-Roma

Qadın

Qadın

Qızıl

3

1

-

4

Gümüş

4

2

2

8

Bürünc

5

4

4

13

Cəmi

12

7

6

25

Vüqar Xeyrullayev
İdman.biz

Məqalədə: