“Paris-2024 Yay Olimpiya Oyunları çox çətin olacaq”.
Bunu "İdman Bizdə" verilişinin qonağı olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Taleh Məmmədov deyib.
O, Paris-2024-ə son lisenziya yarışı - Dünya Olimpiya Təsnifat Turnirindən gözləntilərini açıqlayıb: “İstanbulda ən azı 2 yunan-Roma güləşçimizin lisenziya qazanacağımızı düşünürəm. Bu say 3 də ola bilər. 60 və 87 kq-da bunu bacaracağıq. 87 kq-da İslam Abbasovdan başqa, Rafiq Hüseynov da var. Məşqçilər kimə şans verəcəyi hələlik bilinmir. Bu, bütün çəkilərdə belədir. Yalnız 130 kq-da Sabah Şəriətiyə güvənəcəyini düşünürəm”.
Məmmədov Paris-2024-də medal qazanma ehtimallarımıza da toxunub: “Çox çətin olacaq. Olimpiya Oyunlarında güləş millilərimizin ümumilikdə 4-5 medal qazanmasını gözləyirəm. Bəlkə də sayı çox dedim, az ola bilər”.
Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Yurniri mayın 9-dan 12-ə qədər İstanbulda keçiriləcək.
Emin Ağa
İdman.biz