Azərbaycanın altı güləşçisi "Dream Team"ə düşə bilər

Xəbərlər
15 İyul 2025 10:26
49
Azərbaycanın altı güləşçisi "Dream Team"ə düşə bilər

Yunan-Roma güləşi üzrə altı azərbaycanlı güləşçi sentyabr 13-21-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək dünya çempionatı ərəfəsində "Dream Team" ("Arzuların komandası") adlı rəmzi yığmaya namizəddir.

İdman.biz xəbər verir ki, mövsümün əsas yarışı öncəsində Birləşmiş Dünya Güləşi (UWW) hər çəki dərəcəsində "klassik" güləşçilər arasında dörd namizəd təqdim edərək sosial şəbəkə səhifələrində səsvermə keçirir.

Namizədlər arasında yer alan Azərbaycan güləşçiləri:

4 qat dünya çempionu Eldəniz Əzizli (55 kq);
Dünya çempionu Nihat Məmmədli (60 kq);
Avropa çempionu Murad Məmmədov (63 kq);
Olimpiadanın bürünc medalçısı Həsrət Cəfərov (67 kq);
Dünya çempionu Ülvi Qənizadə (72 kq);
Avropa çempionu Qurban Qurbanov (82 kq).

İdman.biz