Rusiyalı məşqçi: “O, Bakıda lisenziya qazanmaq gücündədir”

4 Aprel 2024 17:22
498
Rusiyalı məşqçi: “O, Bakıda lisenziya qazanmaq gücündədir”

Bakıda keçiriləcək güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinə buraxılmayan Abdulraşid Sadulayevi əvəzləyəcək idmançı bəlli olub.

İdman.biz xəbər verir ki, bunu sərbəst güləş üzrə Rusiya millisinin baş məşqçisi Hacımurat Qatsalov açıqlayıb.

O bildirib ki, 97 kq çəkidə Sadulayevi Alixan Jabrailov əvəzləyəcək: “Vəziyyət həddən artıq xoşagəlməzdir. Tələsik komandanın heyətinə Jabrailovu daxil edə bildik. O, yaxşı formadadır və yarışa hazırdır. Düşünürəm ki, Alixan Bakıda lisenziya qazanmaq, bununla da 97 kq çəkidəki vəsiqə məsələsini bağlamaq gücündədir”.

Qeyd edək ki, üç gün davam edəcək turnirə sabah start veriləcək.

İdman.biz