Yığmamız “Zəfər kuboku” və “Çempionlar” turnirinə hazırlaşır

Xəbərlər
26 Fevral 2024 19:37
137
Yığmamız “Zəfər kuboku” və “Çempionlar” turnirinə hazırlaşır

Qadın güləşi üzrə millimizin bu gün növbəti təlim-məşq toplanışını başlayıb.

İdman.biz xəbər verir ki, hazırlıqda böyüklər, U-20 və U-17 yığma komandalarının üzvləri iştirak edirlər.

Martın 10-dək davam edəcək təlim-məşq toplanışı Göygöl Olimpiya İdman Kompleksində start götürüb. Hazırlıq prosesində böyük məşqçi Toğrul Əsgərov, məşqçi Ağahüseyn Mustafayev, eləcə də U-20 və U-17 milli komandalarının böyük məşqçisi Rövşən Umudovla Solmaz Adilovanın rəhbərliyi altında 27 güləşçi yer alıb.

Qeyd edək ki, hazırlıq prosesində yer alan güləşçilərin bəzisi martda Türkiyənin Antalya şəhərində keçiriləcək “Zəfər kuboku” və “Çempionlar” turnirində iştirak edəcək.

İdman.biz

Məqalədə: