Nazir güləşçilərimizin Avropa çempionatındakı uğuruna münasibət bildirib

Xəbərlər
21 Fevral 2024 11:50
329
Nazir güləşçilərimizin Avropa çempionatındakı uğuruna münasibət bildirib

“Bu il Avropa çempionatında ilk medalları yunan-Roma güləşində qazandıq”.

Bunu İdman.bizə Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov deyib.

Azərbaycan Milli Antidopinq Agentliyinin təşkilatçılığı “Olimpiya çempionluğuna doğru: Təmiz idmanda milli və qlobal baxışlar” adlı elmi-praktik konfransın açılış mərasimində iştirak edən nazir güləşçilərimizin Rumıniyada keçirilən Avropa çempionatındakı uğuruna münasibət bildirib: “Təbrik edirəm. Həm yunan-Roma, həm qadın, həm sərbəst güləşdə medallar qazandılar. Apreldə Bakıda lisenziya xarakterli turnir olacaq. Güləşçilərimizə həmin yarışda uğurlar arzu edirəm”.

Qeyd edək ki, Buxarestdəki Avropa çempionatında 5 qızıl, 3 gümüş və 8 bürünc mükafat qazanan Azərbaycan yığması medal sıralamasında 2-ci yeri tutub.

İdman.biz

Məqalədə: