Mariya Stadnikin Avropa çempionatında ilk rəqibi bilinib - PÜŞK

Xəbərlər
13 Fevral 2024 22:38
196
Mariya Stadnikin Avropa çempionatında ilk rəqibi bilinib - PÜŞK

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qadın güləşçilərin püşkü atılıb.

İdman.biz xəbər verir ki, püşkə əsasən Azərbaycan idmançılarının da ilk rəqibləri bəlli olub.

Bu növ üzrə mübarizəyə sabah start veriləcək. Fevralın 14-də güləşçilərimizdən Mariya Stadniklə (50 kq) Alyona Kolesnik (59 kq) çempionata qoşulacaq.

50 kq
1/4 final

Mariya Stadnik – Emma Lutteno (Fransa) / Milana Dadaşova (AİN)

57 kq
Təsnifat mərhələsi

Jalə Əliyeva – Erika Boqnar (Macarıstan)

59 kq
1/4 final

Alyona Kolesnik – Ramina Mamedova (Latviya) / Katerina Jidaçevska (Rumıniya)

62 kq
1/8 final

Birgül Soltanova – Qreys Bullen (Norveç)

65 kq
Təsnifat mərhələsi

Elis Manolova – Nikoleta Barmpa (Yunanıstan)

İdman.biz