Bakıda professor Xanlar Qurbanovun əziz xatirəsinə həsr olunmuş milli güləş üzrə ölkə turniri keçiriləcək.
İdman.Biz xəbər verir ki, yarış 25 avqustda Bakı İdman Sarayında təşkil olunacaq.
Turnirin keçirilməsində əsas məqsəd Azərbaycanın milli idman ənənələrinin yaşadılması, gənc nəslin sağlam ruhda formalaşdırılması və milli güləşə marağın daha da artırılmasıdır.
Yarış Azərbaycan idmanının inkişafında özünəməxsus iz qoyan, milli güləşin təbliği və inkişafına mühüm töhfələr verən professor Xanlar Qurbanovun xatirəsinə həsr olunub.
