Dünya və Avropa çempionları Qazaxda idmansevərlərlə görüşəcək

12 Mart 2026 12:16
74
Dünya və Avropa çempionları Qazaxda idmansevərlərlə görüşəcək

Qazaxda idman həvəskarları üçün unikal fürsət yaranıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Martın 12-də saat 15:00-da dünya və Avropa çempionu Hacı Əliyev, martın 13-də isə saat 15:00-da dünya və Avropa çempionu Rasul Çunayev Qazax Olimpiya İdman Kompleksində imza mərasimi keçirəcək.

Təşkilatçılar bildiriblər ki, iştirakçılar canlı əfsanələrlə bir arada olmaq, onlarla söhbət etmək və motivasiya almaq imkanına sahib olacaqlar. İdman həvəskarları və gənclər üçün bu, həm əyləncəli, həm də ilhamverici görüş olacaq.

İdman.Biz