Azərbaycan çempionatında daha beş çəki üzrə finalçılar müəyyənləşib - FOTO

4 Fevral 2026 17:40
75
Azərbaycan çempionatında daha beş çəki üzrə finalçılar müəyyənləşib - FOTO

Yunan-Roma və sərbəst güləş üzrə U-20 Azərbaycan çempionatı davam edir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Gəncə İdman Sarayında keçirilən yarışın ikinci günündə yunan-Roma güləşi üzrə beş çəkidə 60, 67, 77, 87, 130 kq-da mübarizəyə start verilib.

Dörd çəkidə finalçılar müəyyələşib. 87 kq-da isə görüşlər dairəvi sistem üzrə keçirilib. Bu çəkilərdə həlledici görüşlər sabah keçiriləcək.

60 kq

Maksut Cankurtaran (AHİTA) - Nihat Bəhmənov (UGİM-10)

67 kq

Roman Kərimov (DİN) - Murad Əliyev (AHİTA)

77 kq

Cavad Məmmədov (Neftçi) - Cavidan Nehmətov (AHİTA)

130 kq

Museyi Kazim Hüseyn (DİN) - Əli Bayramov (Sumqayıt-Təhsil)

İdman.Biz