Azərbaycan güləşçiləri üçün etika və natiqlik təlimlərinə start verilib - FOTO

Xəbərlər
22 Dekabr 2025 11:11
35
Azərbaycan güləşçiləri üçün etika və natiqlik təlimlərinə start verilib - FOTO

Azərbaycan güləşçiləri üçün etika və natiqlik təlimləri keçirilir.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyası məlumat yayıb.

Bu, ​Milli Olimpiya Komitəsi (MOK) və Etika Akademiyası arasında imzalanan Əməkdaşlıq Memorandumu çərçivəsində həyata keçirlir.

Təlimlər natiqlik sənəti, gözəl danışıq texnikası, psixoloji hazırlıq, kamera önündə çıxış, özünüifadə bacarığı istiqamətlərində aparılır.

​Qeyd edək ki, MOK və Etika Akademiyasının bu tərəfdaşlığı idmançıların həm arenada, həm də cəmiyyət qarşısında kamil şəxsiyyət kimi formalaşmasını hədəfləyir.

İdman.Biz
Məqalədə: