Namiq Əliyev: “Azərbaycanda yeni güləş zallarının açılması nəzərdə tutulub”

Xəbərlər
19 Dekabr 2025 13:06
75
Namiq Əliyev: “Azərbaycanda yeni güləş zallarının açılması nəzərdə tutulub”

Azərbaycanda yeni güləş zallarının açılması nəzərdə tutulub.

İdman.Biz “Report”a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Əliyev deyib.

Qurum rəsmisi güləşin inkişafı üçün çalışdıqlarını söyləyib:

“Bir müddət öncə Mikayıl Cabbarov yenidən Azərbaycan Güləş Federasiyasının prezident seçildi. Həmin iclasda müzakirə olunan məsələlərdən biri də yeni zalların açılması ilə bağlı idi. İl ərzində Mingəçevir, Göyçay, Ağsu, Gəncə kimi bölgələrdə zalların açılması nəzərdə tutulub. Azərbaycan güləşin inkişafı üçün çalışırıq”.

Qeyd edək ki, Azərbaycan Güləş Federasiyasının dəstəyi ilə bu gün Zabrat qəsəbəsində tanınmış pəhləvan Taleh Məmmədovun adına yunan-Roma güləşi zalı istifadəyə verilib.

İdman.Biz
Məqalədə: