“Qızlarımızdan tam medal dəsti gözləyirəm” - Toğrul Əsgərovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Müsahibə
29 Oktyabr 2025 16:12
48
“Qızlarımızdan tam medal dəsti gözləyirəm” - Toğrul Əsgərovun İDMAN.BİZ-ə AÇIQLAMASI

Noyabrın 6-da Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda İslam Oyunları start götürür.

Yarışlarda qadın güləşi üzrə təmsilçilərimiz də iştirak edəcək.

Onların çıxışından nə gözləmək olar? Komandamız neçə medal qazana bilərlər?

İdman.Biz bu suallarla sərbəst güləş üzrə Olimpiya çempionu, hazırda qadın güləşi üzrə yığmanın baş məşqçisi vəzifəsini icra edən Toğrul Əsgərova müraciət edib:

“Qızlar yarışlara, necə deyərlər, tam döyüş hazırlığında çıxmaq üçün təlim-məşq toplanışı keçirirlər. İslam Oyunlarında altı idmançımız iştirak edəcək və ümid edirəm ki, biz tam medal dəstini - qızıl, gümüş və bürüncü qazanacağıq. Onlardan konkret kim bunu edəcək, indidən demək çətindir. Amma onların məşqlərinə baxdıqda deyə bilərəm ki, komandamızın hər bir üzvü medal qazanmaq gücündədir”, – deyə Toğrul Əsgərov bildirib.

Vüqar Vüqarlı

İdman.Biz