Türkiyə Superliqasında 7-ci turda lider “Qalatasaray” səfərdə “Alanyaspor”la qarşılaşıb.
Oyunda yeganə qolu 23-cü dəqiqədə “Qalatasaray”lı Mauro İkardi vurub – 0:1. Argentinalı ulduz, bu mövsüm çempionatda 5-ci qoluna imza atıb.
“Qalatasaray” bu qalibiyyətlə ilk dəfə çempionata 7 oyunda 7 qələbə ilə başlayıb.
İkardinin dəqiq zərbəsi ilə “Qalatasaray” son 32 səfər qarşılaşmasında qol vuraraq Türkiyə Superliqasında rekord müəllifi olub.
“Alanyaspor”un bu oyundan sonra 9 xalı var.