“Arsenal” akademiyasının yetirməsi Billi Viqar 21 yaşında vəfat edib.
İdman.biz bildirir ki, futbolçu sentyabrın 20-də “Çiçester Siti” - “Uinqeyt” matçı zamanı başından zədə alıb.
“Billi Viqarın vəfatı xəbəri ilə dərindən sarsıldıq. Bu inanılmaz çətin zamanda onun ailəsinə, dostlarına, sevdiklərinə və “Çiçester Siti” Futbol Klubunda hər kəsə dərin hüznlə başsağlığı veririk”, - İngiltərə Futbol Assosiasiyasının bəyanatında deyilir.
Oyun 15-ci dəqiqədə Vigar yıxıldıqdan sonra başı yerə möhkəm dəyincə dayandırılıb. Ona ilkin tibbi yardım göstərilib və sonra helikopterlə xəstəxanaya aparılıb. Oyunçu komaya düşüb.
Vigar “Arsenal”ın gənclər komandalarında oynayıb, 18 yaşadək futbolçular üçün 22, 21 yaşlılar üçün isə 5 oyuna çıxıb.