Özbəkistan millisi bu yay tarixində ilk dəfə dünya çempionatında mübarizə aparacaq.
İdman.biz “Championat.Asia”ya istinadən bildirir ki, komandaya futbol əfsanəsi baş məşqçi təyin oluna bilər.
Belə ki, Özbəkistan Futbol Assosiasiyasının nümayəndələri İtaliyaya səfər edərək orada Fabio Kannavaro ilə danışıqlar aparıblar.
52 yaşlı Kannavaro hazırda işsizdir. Apreldə italyan mütəxəssis Zaqreb “Dinamo”sundan qovulub.
Qeyd edək ki, Fabio Kannavaro 2006-cı ildə futbolçu kimi İtaliya millisi ilə dünya çempionatının qalibi olub. Elə həmin il o, “Qızıl top” u qazanıb.
Hazırda Özbəkistan millisinin baş məşqçisi Timur Kapadzedir.