"Real Madrid"in maraq dairəsindəki oyunçu "Arsenal"la müqaviləsini uzadıb

Xəbərlər
25 Sentyabr 2025 20:44
34
"Real Madrid"in maraq dairəsindəki oyunçu "Arsenal"la müqaviləsini uzadıb

"Arsenal"ın müdafiəçisi Uilyam Saliba klubu ilə yeni 5 illik müqavilə imzalayıb.

Bu barəd İdman.biz "The Athletic"ə istinadən xəbər verir.

24 yaşlı futbolçunun yeni müqaviləsinin yaxın günlərdə imzalanacağı gözlənilir. Mənbənin sözlərinə görə, Arsenal Saliba ilə müqavilənin uzadılması ilə bağlı danışıqlara may ayında başlayıb. Saliba "Real Madrid"in də maraq dairəsində idi. Onun hazırkı müqaviləsi 2027-ci ilin iyununadəkdir.

Fransalı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında dörd oyuna çıxıb. Onun İngiltərə Liqa Kubokunda da bir oyunu və bir məhsuldar ötürməsi var.

İdman.biz