"Yuventus" səfərdə xal itirib - VİDEO

Xəbərlər
20 Sentyabr 2025 22:22
37
"Yuventus" səfərdə xal itirib - VİDEO

İtaliya A Seriyasında 4-cü turun növbəti qarşılaşmaları keçirilir.

İdman.biz bildirir ki, bu turda lider "Yuventus" "Verona"nın qonağı olub.

Oyunda hesabı 19-cu dəqiqədə Konseysao açıb - 0:1.

44-cü dəqiqədə Orban "Verona"nın cavab topunu vurub - 1:1.

Görüşün ilk hissəsi bu hesabla başa çatıb.

İkinci hissədə qapılara qol vurulmayıb. "Yuventus" bu mövsümdə ilk dəfə olaraq xal itirib. İqor Tudorun komandası 4 oyundan sonra 10 xal toplayıb. Onu 9 xalla "Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi "Napoli" təqib edir.

İdman.biz