"Bavariya" böyükhesablı qələbəylə liderlik mövqeyini qoruyub - VİDEO

Xəbərlər
20 Sentyabr 2025 20:27
43
"Bavariya" böyükhesablı qələbəylə liderlik mövqeyini qoruyub - VİDEO

Almaniya Bundesliqasında 4-cü turun oyunları çərçivəsində lider “Bavariya” “Hoffenhaym”la qarşılaşıb.

İdman.biz bildirir ki, oyun Zinshaymda keçirilib.

Oyunda ilk qolu Harri Keyn 44-cü dəqiqədə vurub - 0:1. 48-ci dəqidədə Keyn penaltidən "Bavariya"nın üstünlüyünü artırıb - 0:2.

77-ci dəqiqədə ingilis futbolçu oyunda özünün üçüncü topunu vurub - 0:3.

Tsoufal 82-ci dəqiqədə buraxılan toplardan birinin əvəzini çıxıb - 1:3.

Və nəhayət 90+9-cu dəqiqədə Serj Qnabri dördüncü qolu "Hoffenhaym"ın qapısından keçirib - 1:4.

Beləliklə, "Bavariya" 4-cü qələbəsini qazanıb və 12 xalla çempionatın lideridir.

İdman.biz