Türkiyə Superliqasında ötən turlardan təxirə salınmış üç oyun keçirilib.
İdman.biz bildirir ki, turun ən maraqlı "Fənərbaxça" ilə "Alanyaspor" üz-üzə gəliblər.
Qonaqların ilk hissədə İbrahim Kaya (18) ilə vurduqları qola "Fənərbaxça" ikinci hissədə 72-ci və 76-cı dəqiqələrdə Semedu və Ən-Nəsrinin topları ilə cavab verib - 2:1. Lakin 90+3-də Özdəmirin vurduğu qol İstanbul klubunun qələbə qazanmasına mane olub - 2:2.
Digər görüşlərdə "Samsunspor"la "Kasımpaşa" heç-heçə (0:0) oynayıblar, "Başakşehir" isə "Karagümrük" üzərində ilk qələbəsini qazanıb - 2:0.
İdman.biz