ÇL: "Liverpul"dan dramatik qələbə, PSJ-dən darmadağın - VİDEO

Xəbərlər
18 Sentyabr 2025 00:58
364
ÇL: "Liverpul"dan dramatik qələbə, PSJ-dən darmadağın - VİDEO

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turun oyunları davam edir.

İdman.biz xəbər verir ki, tur çərçivəsində bu gün daha 6 qarşılaşma baş tutub.

Günə Yunanıstan və Çexiyada start verilib. "Olimpiakos"la Kiprin "Pafos" klubunun görüşündə hesab açılmayıb. Praqanın "Slaviya" klubu isə turnirdə ilk dəfə çıxış edən "Budö-Qlimt"in müqavimətini qıra bilməyib - 2:2.

Azərbaycan çempionu "Qarabağ"ın rəqiblərindən "Ayaks" evdə "İnter"i qəbul edib. Oyunda hesabı 42-ci dəqiqədə Markus Türam açıb - 0:1. 47-ci dəqiqədə Türam oyunda özünün ikinci topunu vurub - 0:2. Görüş bu hesabla bitib.

"Liverpul" da doğma divarlar arasında "Atletiko" ilə üz-üzə gəlib. Oyunda hesabı 4-cü dəqiqədə Robertson açıb. 6-cı dəqiqədə Salah ikinci topu "Atletiko"nun qapısından keçirib - 2:0. 45+3-cü dəqiqədə Lorente buraxılan qollardan birinin əvəzini çıxıb - 2:1. 81-ci dəqiqədə Lorente bir daha meydan sahiblərini mərkəzə dəvət edib - 2:2. Lakin oyun bu hesabla bitməyib. 90+2-ci dəqiqədə Vircil van Deyk üçüncü topu "Atletiko"nun qapısından keçirib - 3:2.

"Çelsi" isə səfərdə "Bavariya" ilə qarşılaşıb. Oyunun 20-ci dəqiqəsində Çaloba topu öz qapısına vuraraq "Bavariya"nı hesabda önə çıxarıb - 1:0. 27-ci dəqiqədə Keyn penaltidən hesab arasındakı fərqi artırıb - 2:0. 29-cu dəqiqədə Palmer birinci hissənin nəticəsini müəyyən edib - 2:1. 63-cü dəqiqədə Keyn yenidən hesab arasındakı fərqi iki topa çıxarıb - 3:1. Beləliklə, "Bavariya" ilk oyunda qələbə qazanıb.

PSJ isə "Atalanta"nı qonaq edib. Bu görüşdə hesab 3-cü dəqiqədə açılıb. Markinyos Fransa klubunu irəli çıxaran qola imza atıb. 39-cu dəqiqədə isə Kvartsaxeliya ikinci topu italyanların qapısından keçirib - 2:0. İkinci hissədə Nunu Mendeş 51-ci dəqiqədə hesab arasındakı fərqi daha da artırıb - 3:0. 90+1-ci dəqiqədə Mendeş oyunda özünün ikinci qolunu vuraraq yekun hesabı müəyyən edib - 4:0.

UEFA Çempionlar Liqası
Liqa mərhələsi
I tur
17 sentyabr

20:45. "Olimpiakos" (Yunanıstan) - "Pafos" (Kipr) - 0:0

20:45. "Slaviya" (Çexiya) - "Budö-Qlimt" (Norveç) - 2:2

Qollar: Mboci (23, 74); Bassi (78), Brunstad (90)

23:00. PSJ (Fransa) - "Atalanta" (İtaliya) - 4:0

Qollar: Markinyos (3), Kvartsaxeliya (39), Mendeş (51, 90+1)

23:00. "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə) - 3:1

Qollar: Çaloba (20, aq), Keyn (27 p, 63); Palmer (29)

23:00. "Liverpul" (İngiltərə) - "Atletiko" (İspaniya) - 3:2

Qollar: Robertson (4), Salah (6), Van Deyk (90+2); Lorente (45+3, 81)

23:00. "Ayaks" (Niderland) - "İnter" (İtaliya) - 0:2

Qollar: Türam (42, 47)

İdman.biz