Liverpulda 7, Mançesterdə 6, Londonda 5 qollu şou - VİDEO

Xəbərlər
3 Dekabr 2023 22:27
364
Liverpulda 7, Mançesterdə 6, Londonda 5 qollu şou - VİDEO

İngiltərə Premyer Liqasında 15-c tura yekun vurulub.

İdman.biz xəbər verir ki, bu gün keçirilən 5 qarşılaşmada qapılara 24 qol vurulub.

Turun mərkəzi görüşü - “Mançester Siti” – “Tottenhem” oyununda 3:3 hesabı qeydə alınıb. Dörd tur əvvəl lider mövqeyində qərarlaşan “Tottenhem” ardıcıl 4-cü dəfə meydanı qələbə qazanmadan məğlub tərk edib. Komanda 3 dəfə uduzub, 1 dəfə heç-heçə oynayıb.

“Liverpul” – “Fulhem” matçında komandalar 7 dəfə fərqləniblər. Məğlub durumda olan “qırmızılar” sona 3 dəqiqə qalmış iki qol vuraraq, əzimkar qalibiyyət əldə ediblər. Yurgen Kloppun yetirmələri bu nəticədən sonra ikinci pilləyə yüksəliblər.

İngiltərə Premyer Liqası
15-ci tur

Bornmut – Aston Villa – 2:2
Çelsi – Brayton – 3:2

Liverpul – Fulhem – 4:3

Vest Hem – Kristal Pelas – 1:1
Mançester Siti – Tottenhem – 3:3

İdman.biz