“Trabzonspor” və “Beşiktaş”dan ilk - VİDEO

Xəbərlər
3 Dekabr 2023 21:56
315
“Trabzonspor” və “Beşiktaş”dan ilk - VİDEO

Bu gün Türkiyə Superliqasında 3 oyun baş tutub.

İdman.biz xəbər verir ki, “Beşiktaş” Rza Çalımbayın rəhbərliyi ilə ilk xal itkisini yaşayıb.İlk iki oyunda qələbə qazanan “qara qartallar” səfərdə “Ankaragücü”nün müqavimətini qıra bilməyib. Okslend-Çemberlenin qolu qonaq komandanı məğlubiyyətdən xilas edib.

“Trabzonspor” Abdulla Avcının başçılığı altında ilk dəfə uduzub. 5 oyunda 3 qələbə, 2 heç-heçəyə imza ata trabzonlular doğma azarkeşlər qarşısında “Kayserispor”a 0:1 hesabı ilə uduzub.

Türkiyə Superliqası
14-cü tur

Kasımpaşa – Qaziantep – 4:2

Trabzonspor – Kayserispor – 0:1

Ankaragücü – Beşiktaş – 1:1

İdman.biz