"Çelsi"dən gözlənilməz xal itkisi, "Arsenal"la "Tottenhem"in uğuru - VİDEO

Xəbərlər
14 Sentyabr 2025 01:12
43
"Çelsi"dən gözlənilməz xal itkisi, "Arsenal"la "Tottenhem"in uğuru - VİDEO

İngiltərə Premyer Liqasında 4-cü turun 8 oyunu keçirilib.

İdman.biz xəbər verir ki, oyun günü "Arsenal" "Nottingem Forest" üzərində 3:0 hesabı ilə qələbə qazandığı görüşlə başlayıb. Bununla da "topçular" turnir cədvəlinin ən yuxarısına qalxa biliblər.

İddialı komandalardan "Çelsi" "Brentford"la oyunda xal itirib - 2:2.

"Tottenhem" də səfərdə qələbə qazanaraq liderlər qrupunda möhkəmlənib.

İngiltərə Premyer Liqası, 4-cü tur
13 sentyabr

Arsenal – Nottingem Forest - 3:0
Fulhem –Lids Yunayted - 1:0
Nyukasl Yunayted – Vulverhempton - 1:0
Kristal Pelas – Sanderlend - 0:0
Everton – Aston Villa - 0:0
Bornmut – Brayton - 2:1
Vest Hem – Tottenhem - 0:3
Brentford – Çelsi – 2:2