"Qarabağ"ın rəqibi meydançadan qalib ayrılıb

Xəbərlər
13 Sentyabr 2025 21:47
38
"Qarabağ"ın rəqibi meydançadan qalib ayrılıb

Niderland çempionatında 5-ci turun oyunları keçirilib.

İdman.biz xəbər verir ki, "Ayaks" öz meydançasında "Evolle"ni qəbul edib.

Oyun 3:1 hesabı ilə "Ayaks"ın xeyrinə başa çatıb. Qolları qaliblərdən Davi Klassen (18) və Mika Qodts (37, 86) vurublar. Qonaqlardan Kay de Roy (69) fərqlənib.

Bu qələbədən sonra "Ayaks" 5 oyundan 11 xal toplayıb.

"Ayaks" klubu UEFA Çempionlar Liqasında "Qarabağ"ın rəqibidir. Komandalar arasında oyun dekabrın 10-da Bakıda keçiriləcək.

İdman.biz