Amorim Van der Sarı əvəz edəcək qapıçını tapıb

Xəbərlər
12 Sentyabr 2025 22:57
44
Amorim Van der Sarı əvəz edəcək qapıçını tapıb

"Mançester Yunayted"in baş məşqçisi Ruben Amorim mankunianlılar üçün növbəti Edvin van der Sarın kim ola biləcəyinə cavab verib.

İdman.biz-in xəbərinə görə, Amorim bu həftə Altay Bayındırın Van der Sar kimi oyununu görməyə ümid etdiyini deyib.

"Onda gələcəkdə onlar ("Mançester Yunayted"in qapıçıları) komandada yer almaq üçün mübarizə aparmalı olacaqlar. Komanda olaraq biz qapıçıların daha yaxşı olmasına kömək edə bilərik. Biz bunu edirik", - "Sky Sports" Amorimdən sitat gətirir.

Bazar günü, sentyabrın 14-də İngiltərə çempionatının 4-cü turu çərçivəsində "Mançester Yunayted" "Mançester Siti" ilə qarşılaşacaq.

Van den Sar 2005-2011-ci illərdə "qırmızı şeytanlar"da çıxış edib. Bu müddət ərzində o, 4 dəfə İngiltərə çempionu, bir dəfə Çempionlar Liqasının qalibi olub.

İdman.biz