“Mançester Yunayted”in qapıçısı Andre Onana “Qalatasaray”la oyunda səhvlərlə yadda qalıb.
İdman.biz xəbər verir ki, 3:3 hesabı ilə başa çatan qarşılaşmadan sonr yalniz bir nəfər ona dəstək verib.
Bu, Mançester klubunun türkiyəli qapıçısı Altay Bayandır olub. O, nideriyalı həmkarına təsəlli verib. Onana 29-cu dəqiqədə Hakim Ziyeşin qolu zamanı kobud səhvə yol verib. Bundan başqa, təcrübəli oyunun gedişində bir neçə dəfə səhvlərlə yadda qalıb.
Qeyd edək ki, Onana bu mövsümdə meydana çıxdığı 20 matçda 33 qol buraxıb.
İdman.biz