AL: Marseldə qol şousu - VİDEO

Xəbərlər
1 Dekabr 2023 02:12
338
AL: Marseldə qol şousu - VİDEO

UEFA Avropa Liqasında V turun oyunları baş tutub.

İdman.biz xəbər verir ki, “Marsel” - "Ayaks" qarşılaşmasında qapılara 7 qol vurulub.

Qələbə sayəsində lider mövqeyini qoruyan Fransa təmsilçisi növbəti mərhələyə yüksəlib. Qrupun digər komandası "Brayton" da bu şansı əldə edib.

C qrupunun liderləri xal itiriblər. "Betis" uduzub, "Reyncers" heç-heçə oynayıb. Son turda üz-üzə gələcək komandalardan biri pley-offdan kənarda qala bilər. Üçüncü pillədə qərarlaşan "Sparta" son matçda qələbə sayəsində ilk iki yerdən birini tutacaq.

Qeyd edək ki, "Vest Hem", "Frayburq", "Marsel", "Brayton", "Atalanta", "Sportinq", "Liverpul", "Renn", "Vilyarreal", "Slaviya", "Roma" və "Bayer" növbəti mərhələyə vəsiqə qazanıblar.

30 noyabr

V tur
A qrupu
21:45 “Baçka-Topola” – “Vest Hem” - 0:1
21:45 “Frayburq” – “Olimpiakos” - 5:0

Xal durumu: "Vest Hem” – 12, “Frayburq” – 12, “Olimpiakos” – 4, “Baçka-Topola” – 1 xal.

B qrupu
21:45 AEK – “Brayton” - 0:1
00:00 “Marsel” – “Ayaks” - 4:3

Xal durumu: “Marsel” – 11, “Brayton”– 10, AEK – 4, “Ayaks” – 2 xal.

C qrupu
21:45 “Sparta” – Betis” - 1:0
00:00 “Reyncers” – “Aris” - 1:1
Xal durumu:
“Betis” – 9, “Reyncers” – 8, “Sparta” – 7, “Aris”– 4 xal.

D qrupu
21:45 “Şturm” – “Rakuv” - 0:1
21:45 “Atalanta” – “Sportinq” - 1:1
Xal durumu:
“Atalanta” – 11, “Sportinq” – 8, “Şturm” – 4, “Rakuv” – 4 xal.

E qrupu
00:00 “Tuluza” – “Yunion Sent” - 0:0
00:00 “Liverpul” – LASK - 4:0

Xal durumu: “Liverpul” – 12, “Tuluza” – 8, “Yunion Sent” – 5, LASK – 3 xal.

F qrupu
21:45 “Makkabi” (Hayfa) – “Renn” - 0:2
00:00 “Vilyarreal” – “Panatinaikos” - 3:2
Xal durumu:
“Renn” – 12, “Vilyarreal” – 9, “Panatinaikos” – 4, “Makkabi” (Hayfa) – 1 xal.

G qrupu
00:00 “Servett” – “Roma” - 1:1

00:00 “Serif” – “Slaviya” - 2:3
Xal durumu:
“Slaviya” – 12, “Roma” – 10, “Servett” – 4, “Şerif” – 1 xal.

H qrupu
00:00 “Molde” – “Qarabag” - 2:2
00:00 “Hekken” – “Bayer” - 0:2
Xal durumu:
“Bayer” – 15, “Qarabağ” – 7, “Molde” – 7, “Hekken” – 0 xal.

İdman.biz