"Qalatasaray"ın futbolçusu Kerem Aktürkoğlu portuqaliyalı Kristiano Ronaldonun uğurunu təkrarlayıb.
İdman.biz xəbər verir ki, 25 yaşlı hücumçu buna Çempionlar Liqasının V turunda "Mançester Yunayted"lə oyunda nail olub.
O, İstanbul təmsilçisini məğlubiyyətdən xilas edən 3-cü qolunu vurmaqla analoji turnirdə “Mançester Yunayted”in qapısına həm evdə, həm də səfərdə yol tapan ikinci oyunçu olub. Bunadək “qırmızı şeytanları” yalnız ulduz futbolçu Kristiano Ronaldo cəzalandırıb. O, 2012/13 mövsümündə “Real”ın heyətində sabiq komandasını hər 2 görüşdə mərkəzə dəvət edib.
Qeyd edək ki, “Qalatasaray”ın "Mançester Yunayted"lə evdə oyunu 3:3 hesablı heç-heçə ilə bitib.
İdman.biz