Azərbaycanlı futbolçunun keçmiş komandası ilk dəfə finalda

Xəbərlər
9 May 2025 13:59
43
Azərbaycanlı futbolçunun keçmiş komandası ilk dəfə finalda

Bu mövsüm Çempionlar Liqasının həlledici matçında oynayacaq PSJ və "İnter", Avropa Liqasında qələbə uğrunda mübarizə aparacaq "Tottenhem" və "Mançester Yunayted", həmçinin Konfrans Liqasının qalibini müəyyənləşdirəcək "Çelsi" və "Betis" komandalarından sonuncusu ilk dəfə avrokuboklarda final həyəcanı yaşayacaq.

İdman.biz xəbər verir ki, İspaniyanın Sevilya şəhərini təmsil edən komandanın bundan əvvəl beynəlxalq arenada ən böyük nailiyyəti indi ləğv edilmiş Kuboklar kuboku turnirində iki dəfə 1/4 finala çıxmaq olub (1977/78, 1997/98).

Yalnız bir dəfə - uzaq 1934/35 mövsümündə İspaniya çempionluğunu qazanan "Betis" axırıncısı 2022-ci ildə olmaqla üç dəfə də Kral kubokuna sahib çıxıb. Sonuncu titul da 2020-ci ildən komandanı çalışdıran çilili Manuel Pelleqrininin rəhbərliyilə əldə olunub.

Qeyd edək ki, 1993-1995-ci illərdə azərbaycanlı futbolçu Vəli Qasımov "Betis"də çıxış edib: o, "ağ-yaşıllar"ın heyətində La Liqa və ikinci divizion, həmçinin İspaniya kubokunda ümumilikdə 53 oyunda 13 qol vurub.

İdman.biz

Məqalədə: