Çempionlar Liqasında 12 komanda növbəti mərhələyə yüksəlib

Xəbərlər
30 Noyabr 2023 02:06
280
Çempionlar Liqasında 12 komanda növbəti mərhələyə yüksəlib

Çempionlar Liqasının 5-ci tutundan sonra növbəti mərhələyə yüksələn komandaların sayı 12-yə yüksəlib.

İdman.biz xəbər verir ki, “Arsenal” darmadağınla B qrupunda 1-ci yeri tutmaq vəzifəsinin öhdəsindən gəlib.

London klubu ilə eyni qrupda yer alan PSV səfərdə "Sevilya"ya 3:2 hesabı ilə məğlub edib. Bu uğur eyndhovenlilərə pley-offda oynamaq hüququ verib.

Ölkəmizdə kifayət qədər azarkeşi olan “Qalatasaray”ın taleyinə son turda aydınlıq gələcək. “Kopenhagen”in qonağı olacaq Türkiyə çempionu mütləq qələbə qazanmalıdır.

Qeyd edək ki, “Bavariya”, “Arsenal”, “Real”, “İnter”, “Mançester Siti”, “Real Sosyedad”, “Latsio”, “Atletiko”, “Borussiya D”, “Leypsiq”, “Barselona” və PSV turnirin növbəti mərhələsinə vəsiqə qazanıblar.

İdman.biz