“Bavariya” qapıçılarla müqavilə müddətini artırıb.
İdman.biz-in məlumatına görə, Manuel Noyer və Sven Ulrayxla bir illik müqavilə imzalanıb.
Qolkiperlər 2025-ci il iyunun 30-dən Münhen klubunun şərəfini qoruyacaqlar. 37 yaşlı Noyer 2011-ci, 35 yaşlı Ulrayx isə 2015-ci ildən komandanın heyətində çıxış edir. Münhenlilərin kapitanı Manuel 11 dəfə Bundesliqa çempionu olub. O, 494 dəfə “Bavariya”nın heyətində meydana çıxıb. Bu göstərici Ulrayxda 98-ə bərabərdir.
Qeyd edək ki, Noyer açıqlamasında gələn il Münhendə təşkil olanacaq Çempionlar Liqasının finalında oynamaq istədiyini bildirib.
İdman.biz