Avropa kuboklarının tarixinə düşən futbolçu - Reci Uolş

Xəbərlər
9 May 2025 01:17
83
Avropa kuboklarının tarixinə düşən futbolçu - Reci Uolş

"Çelsi"nin futbolçusu Reci Uolş Avropa kuboklarının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o, qitəmiqyaslı turnirlərdə əsas heyətdə yer alan ən gənc futbolçu olub.

Uolş Konfrans Liqasının yarımfinal mərhələsinin cavab matçında "Yurqorden"ə qarşı görüşdə start heyətində yer alıb. Gənc yarımmüdafiəçi bu şansı 16 yaş 200 günündə qazanıb.

Qeyd edək ki, "Çelsi" hər iki oyunda "Yurqorden"i məğlub edərək, finala yüksəlib (4:1, 1:0)

İdman.biz