“Napoli” Lukakunun yerinə Ceymi Vardini heyətinə qatmaq istəyir.
İdman.biz xəbər verir ki, 3 ay yaşıl meydanlardan uzaqda qalacaq Lukakunun yerini hazırda klubsuz olan Vardi doldura bilər.
İtaliya klubu əvvəl Rasmus Hoylund və Darvin Nunyezin keçidi barədə düşünüb. Amma Vardini cəlbedici edən məqam aşağı maaş və transfer xərclərinin olmamasıdır.
Qeyd edək ki, hazırda 38 yaşlı hücumçunun bazar dəyəri 1 milyon avro olaraq qiymətləndirilir.
İdman.biz