“Tottenhem” Ebereçi Eze ilə müqavilə imzalayır

Xəbərlər
19 Avqust 2025 19:21
39
“Tottenhem” Ebereçi Eze ilə müqavilə imzalayır

“Tottenhem” Ebereçi Eze ilə 60 milyon funt-sterlinqlik müqavilə imzalayır.

İdman.biz xəbər verir ki, İngiltərə klubunun prezidenti Daniel Levi “Kristal Pelas”ın ulduzunu transfer cəhdləri nəticə verib.

27 yaşlı yarımmüdafiəçinin zədəsinə görə mövsümü buraxacaq Ceyms Maddisonu əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, 5 ildir “Kristal Pelas”ın şərəfini qoruyan ingiltərəli futbolçu “Çelsi” ilə səfər qarşılaşmasında diqqət çəkib. Eze final fiti zamanı azarkeşləri uzun müddət alqışlayıb. Bu da vida işarəsi kimi anlaşılıb.

İdman.biz