"Qaziantep" Burak Yılmaza tapşırılıb

Xəbərlər
19 Avqust 2025 19:51
103
"Qaziantep" Burak Yılmaza tapşırılıb

Türkiyənin "Qaziantep" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

İdman.biz klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Super Liqa təmsilçisini Burak Yılmaz çalışdıracaq.

40 yaşlı mütəxəssislə 2025/2026 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Burak Yılmazın son iş yeri "Kasımpaşa" olub. "Qaziantep" isə İsmet Taşdemirlə yollarını ayırıb.

İdman.biz