Yay transfer kampaniyasının sonuna saatlar qalmış "Liverpul" klubu belə görünür ki, "Kristal Pelas"ın kapitanı Mark Qehini öz heyətinə qata bilib.
İdman.biz xəbər verir ki, bu barədə jurnalist Fabrisio Romano məlumat yayıb.
İngiltərə yığmasının üzvünün transfer qiyməti 35 milyon avro + gələcək satışdan 10%-dir.
Qeyd edək ki, Mark Qehi "Kristal Pelas"ın heyətində İngiltərə kubokunu və superkubokunu qazanıb. O, londonuların heyətində meydana çıxdığı 156 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
İdman.biz