Qriliş "Everton"a imza atır

Xəbərlər
11 Avqust 2025 20:32
28
Qriliş "Everton"a imza atır

"Mançester Siti"nin yarımmüdafiəçisi Cek Qrilişin yeni klubu bəlli olub.

İdman.biz xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını "Everton"da davam etdirəcək.

Cek bu gün Liverpula gələrək, tibbi baxışdan keçəcək. "Everton" Qrilişi satınalma maddəsi ilə icarəyə götürəcək. Mövsümün sonunda komanda 50 milyon funt sterlinq qarşılığında transfer edə biləcək.

Qeyd edək ki, britaniyalı oyunçu 2021-ci ildən "şəhərlilər"in formasını geyinib. Cek 2024/2025 mövsümündə 32 oyunda üç qol və beş ötürmə ilə yadda qalıb.

İdman.biz