Gyökereş ilk qolu vurub, "Arsenal" qalib gəlib - VİDEO

Xəbərlər
9 Avqust 2025 22:13
44
Gyökereş ilk qolu vurub, "Arsenal" qalib gəlib - VİDEO

"Arsenal" Emirates Cup çərçivəsində "Atletik"lə üz-üzə gəlib.

İdman.biz xəbər verir ki, "topçular" 3:0 hesabı ilə qələbə qazanıblar.

Oyun komandanın yeni transferi Viktor Gyökereş üçün əlamətdar olub. İsveçli hücumçu "Arsenal"ın heyətində ilk qolunu vurub. Digər topların müəllifi Bukayo Saka və Kai Haverts olub.

Emirates Cup
"Arsenal" - "Atletik" - 3:0
Qollar: Viktor Gyökereş, 34. Bukayo Saka, 36. Kai Haverts, 82.

İdman.biz