"Barselona"nın baş məşqçisi Hans-Diter Fliki UEFA İntizam Komitəsi tərəfində bir oyunluq diskvalifikasiya olunub.
İdman.biz xəbər verir ki, almaniyalı mütəxəssis “İnter”lə Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunundakı davranışlarına görə cəzalınıb.
60 yaşlı məşqçi 1 matçlıq cəza ilə yanaşı 20 min avro cərimələnib. Flik Çempionlar Liqasında 2025/2026 mövsümünün ilk oyununda komandasının yanında ola bilməyəcək.
Qeyd edək ki, UEFA "Barselona"nın futbolçuları Robert Levandovski və Lamin Yamalı dopinq-nəzarət nümayəndəsinin göstərişlərinə əməl etmədiklərinə görə 5 min avro məbləğində cərimələyib.
İdman.biz