"Beşiktaş"dan "Spartak"a

Xəbərlər
30 İyul 2025 22:13
36
"Beşiktaş"dan "Spartak"a

"Beşiktaş"da oynayan Gedson Fernandesin "Spartak"a keçidi rəsmiləşmək üzrədir.

İdman.biz xəbər verir ki, bu məlumatı İstanbul klubunun idman direktoru Eduard Qraf təsdiqləyib.

Bu transfer "Spartak"a 27 milyon avroya başa gələcək. Portuqaliyalı futbolçu Moskva təmsilçisində təxminən 3,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Fernandes ötən mövsümdə "Beşiktaş"ın heyətində 49 oyunda meydana çıxıb. O, bu görüşlərdə 12 qol və 3 ötürmə ilə yadda qalıb.

İdman.biz