"Barselona"nın oyununda 10 qol, "Milan"dan 9:0 hesablı qələbə - VİDEO

Xəbərlər
31 İyul 2025 17:49
42
"Barselona"nın oyununda 10 qol, "Milan"dan 9:0 hesablı qələbə - VİDEO

Yeni mövsümə hazırlıqlarını davam etdirən "Barselona" Cənubi Koreyada yoxlama görüşündə "Seul"a 7:3 hesabı ilə qalib gəlib.

İdman.biz xəbər verir ki, İspaniya çempionunun heyətində Lamin Yamal və Ferran Torres dubl ediblər.

"Seul" hazırda davam edən Cənubi Koreya çempionatında liderdən 18 xal geri qalaraq 4-cü pillədə qərarlaşıb.

"Milan" isə Avstraliyada yerli çempionatın autsayderi "Pert Qlori" ilə yoxlama oyununda 9:0 hesablı qələbəyə sevinib.

Noah Okafor və Rafael Leao hərəyə iki qol vurublar.

İdman.biz

Məqalədə: