"Barselona"dan "Braqa"ya

Xəbərlər
23 İyul 2025 18:21
49
"Barselona"dan "Braqa"ya

"Barselona"nın futbolçusu Viktor Pau "Braqa"ya keçməyə çox yaxındır.

İdman.biz xəbər verir ki, 23 yaşlı hücumçunun transfer dəyəri 15 milyon avro dəyərləndirilir.

"Braqa" 12 milyon birbaşa və 3 milyon bonuslar şəklində ödəniş edəcək. Paunun yaxın günlərdə Poruqaliya klubuna keçidinin rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, Viktor 2024-cü ilin yayında "Jirona"dan "Barsa"ye keçib. O, ötən mövsümdə 29 oyunda iki qol və bir ötürmə ilə yadda qalıb.

İdman.biz