"Oyuna yaxşı start verə bilmədik".
İdman.biz xəbər verir ki, bunu "Hayduk"un baş məşqçisi Qonsalo Qarsiya UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Zirə" iə ilk oyundan sonra keçirilmiş mətbuat konfransında deyib.
İspaniyalı mütəxəssis Bakıda qeydə alınmış 1:1 hesablı heç-heçəni şərh edib: Qarşılaşmaya istədiyimiz kimi başlaya bilmədik. Nəticədə rəqib bizi cəzalandırdı. Amma fasilədən oyunda dönüş yarada bildik. "Zirə"dən bu oyunu gözləyirdik. Onlar bizə çətin anlar yaşatdılar. Öz meydanımızda qələbə qazanıb mərhələ adlamaga çalışacağıq".
Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da "Polyud Stadium"da start götürəcək.
İdman.biz