Marko Verratti doğma klubunun əsas sahibi olub

Xəbərlər
23 İyul 2025 22:58
48
Marko Verratti doğma klubunun əsas sahibi olub

İtaliya yığmasının keçmiş futbolçusu Marko Verratti klubun əsas sahibi olub.

İdman.biz xəbər verir ki, o, karyerasına başladığı "Peskara"nın səhmlərinin 50 faizini alıb.

İtaliya mətbuatı tərəflərin mövsümün startına kimi bütün hüquqi detalları həll edəcəklərini yazıb. "Peskara" tezliklə əsas sahibinin Verratti olmasını açıqlayacaq.

Verratti Peskarada anadan olub və 2005-2009-cu illərdə klubun akademiyasında çıxış edib və daha sonra əsas komandaya keçib.

Qeyd edək ki, "Peskara" növbəti mövsümdə B Seriyasında mübarizə aparacaq. Futbolçu özü karyerasınə Qətərin "Əl-Duhail" klubunda davam etdirir.

İdman.biz