"Barselona"nın yenilənmiş "Kamp Nou" stadonuna dönüşü növbəti dəfə təxirə salınıb.
İdman.biz xəbər verir ki, komanda öz oyunlarını doğma arenada 2026-cı ildə keçirə biləcək.
Barselona şəhərinin rəhbərliyi Kataloniya klubuna lisenziya verməyib. Nəticədə avqusun əvvəlində keçirilməsi nəzərdə tutulan "Joan Gamper Kuboku"nun başqa stadionda təşkilinə qərar verilib. "Barsa" "Komo" ilə "Yohan Kroyff" stadionunda qarşılaşacaq.
Qeyd edək ki, "Barselona"nın rəhbərliyi arenanın dam örtüyünün quraşdırılması üzündən məhdud azarkeş sayı ilə oyunlar keçirmək istəsə də, səəyləri nəticəsiz qalıb.
İdman.biz