"Çelsi"dən rekord transfer tələbi

Xəbərlər
12 İyul 2025 02:10
29
"Çelsi"dən rekord transfer tələbi

"Çelsi"nin hücumçusu Nikolas Cekson "Milan"ın transfer siyahısında daxil olub.

İdman.biz xəbər verir ki, London klubu seneqallı futbolçuya 100 milyon funt sterlinq qiymət qoyub.

24 yaşlı futbolçunun "zadəganlar"la yollarını ayırmaq istəməsi, "Milan"ın bu transferi diqqətə almasına səbəb olub. Amma "Çelsi"nin yüksək transfer rəqəmi tələb etməsi, italiyalıları çətin vəziyyətdə qoyub.

Qeyd edək ki, Cekson 2024/2025 mövsümündə 37 oyunda 13 qol vurub, 6 ötürmə ilə fərqlənib. Onun "Çelsi" ilə 2033-cü ilin yayına kimi müqaviləsi var.

İdman.biz