"Betis"in Antoni planı

Xəbərlər
12 İyun 2025 01:38
38
"Betis"in Antoni planı

"Betis" "Mançester Yunayted"ə məxsus Antonini növbəti dəfə icarəyə götürmək istəyir.

İdman.biz xəbər verir ki, İspaniya təmsilçisi bununla bağlı qarşı tərəfə təklif göndərəcək.

"Betis" müqaviləyə mövsümün sonunda 35 milyon funtluq məcburi transfer maddəsinin əlavə olunmasının tərəfdarıdır. Yanvar ayından komandada çıxş edən braziliyalı vingerin oyunu klub rəhbərliyini razı salıb. "Mançester Yunayted"in də onunla yollarını ayırmaq arzusunda olduğu bildirilib.

Qeyd edək ki, Antoni sevilyalıların heyətində 26 oyunda 14 qolla yadda qalıb.

İdman.biz