"Liverpul" Florian Virtsi 150 milyon avroya transfer edəcək

Xəbərlər
11 İyun 2025 01:53
30
"Liverpul" Florian Virtsi 150 milyon avroya transfer edəcək

"Liverpul" Florian Virtsin transfer ilə bağlı "Bayer"lə ortaq məxrəcə gəlib.

İdman.biz xəbər verir ki, "qırmızılar" qarşı tərəfə 150 milyon avro ödəyəcəklər.

Əvvəlki təkliflərdən imtina edən Levekuzen klubu tələb olunan məbləği əldə edəcək. 22 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanacaq. Futbolçu özü isə illik 22 milyon avro qazanacaq.

Qeyd edək ki, Virts 2024/2025 mövsümündə bütün turnirlərdə 45 oyunda 16 qol və 15 ötürmə ilə yadda qalıb.

İdman.biz