Tuheldən İngiltərə yığmasında tarixi nəticə

Xəbərlər
8 İyun 2025 10:50
43
Tuheldən İngiltərə yığmasında tarixi nəticə

Baş məşqçi Tomas Tuhel İngiltərə yığmasının tarixinə düşüb.

İdman.biz xəbər verir ki, o, komandanın ilk 3 oyununu qələbə ilə başa vuran mütəxəssis kimi fərqlənib.

Almaniyalı məşqçi bu ilin yanvarında "üç şirlər"ə rəhbərlik edir. İngiltərə millisi Tuhelin başçılığı ilə DÇ-2026-nın seçmə mərhələsində keçirdiyi hər 3 matçda 3 xal qazanıb. İngilislər Albaniya (2:0), Latviya (3:0) və Andorraya (1:0) qalib gəliblər.

Qeyd edək ki, İngiltərə millisi növbəti görüşünü iyunun 10-da Seneqala qarşı keçirəcək.

İdman.biz